Zirkon qapaq və körpülər

sirkon dish qapaqlar


Zirkon (bunlara "zirkonium, sirkon, zirconium, sirkonyum, zirkonyum, цирконий" da deyilir) xüsusi sirkon-dioksid materialından hazırlanan və tamamən metalsız, amma metal qədər möhkəm, son dərəcə estetik stomatoloji bərpa növüdür. Həm arxa, həm də ön dişlərin restavrasiyası üçün istifadə olunur.

Klinikamızda zirkon qapaq və körpülərin hazırlanması American Dental Association Continuing Education Recognition Program (ADA CERP) və xüsusi "The Advanced Graduate Education" (Harvard School of Dental Medicine) praktiki təlim metodikalarına əsaslanır.

Zirkon bərpaların hazırlanmasının bütün mərhələlərində ancaq "Dental Advisor Top Award Winner" mükafatlı ən yüksək keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur. Zirkon materialı olaraq dünyanın ən yaxşı marka və brendlərini istifadə edirik - BruxZir (Glidewell Laboratories, ABŞ), Katana (Kuraray Noritake, Yaponiya) və Lava (3M, ABŞ).

Zirkon növləri:

  • Yarışəffaf zirkon - ön dişlər üçün son dərəcə estetik bərpaların hazırlanmasında istifadə olunur. Təbiyi diş rəngini və şəffaflığını imitasiya edərək mükəmməl estetik nəticələr eldə etməyə imkan verir.
  • Polixrom (çox rəngli) zirkon - ön və arxa dişlərin bərpası üçün nəzərdə tutulan və standart diş rənglərinə uyğun hazırlanan 3 çalarlı xüsusi zirkon növüdür. Dişlərin tam təbiyi görünüşünü əks etdirməklə yanaşı, çox davamlı və uzun müddət istifadə oluna bilən materialdır.
  • Monolitik zirkon (tam zirkon, solid zirconia, full contour zirconia, monolithic zirconia) - keramika (farfor) təbəqəsi olmadan, əsasən arxa dişlər üçün istifadə oluna bilən zirkon növüdür. Təbiyi dişləmin (qapanışın) bərpası, qısa dişlərdə,əyri diş cərgələrində və möhkəmliyə üstünlük verilən konstruksiyalarda istifadə olunur.
  • Standart zirkon qapaqlar - ən çox istifadə olunan və həm kifayət qədər yüksək estetik nəticələr verən, həm də uzun müddətli və möhkəm bərpalar yaradmaqa imkan verən bərpa növüdür. Müxtəlif marka zirkonium materialından hazırlanan bu növ qapaq və körpülər klinikamızda ən çox tələbat olan estetik zirkon restavrasiyaların hazırlanmasında istifadə olunur.

zirkon diw qiymet
Metalo-keramika və zirkon qapaqlar arasındaki fərq.

Üstünlüklər:

  • Yüksək sabitlik – metal dəstəkli bərpalara xas olan elastikliyin və buna bağlı olaraq keramika materialının qırılmasının, dişəti toxumaların zədələnməsinin, qapanışın deformasiyasının və yapışqanlığın pozulmasının olmaması;
  • Yüksək estetika – şəffaflıq, təbii diş toxumalarına maksimal bənzərlik və müxtəlif estetik effektlərin verilməsinin təmin olunması, ən yüksən estetik tələbləri təmin edir;
  • Xüsusilə kənar bölgədə qeyri-estetik görüntülərin olmaması – dişəti çəkilməsi hallarında belə rənglənmənin olmaması restavrasiyaların uzun müddət estetik qalmalarını təmin edir;
  • Rəng sabitliyi – oksidləşmənin olmaması, kimyasal ətalətlilik və ağız mayalarında mütləq əriməməzlik, estetik effektin uzun müddət qorunmasını təmin edir;
  • Ətalətlilik – ağız mayaları, alınan qıdalar və mayələrə qarşı heç bir kimyasal və ya bioloji reaksiyanın olmaması;
  • Tam bioloji uyğunluq – hər cəhətdən təbii dişlərə oxşarlıq, qətiyyən allergik reaksiyanın olmaması;
  • Diş ərpinin və diş daşlarının yaranmasına meylli deyil – periodontal toxumaların və ümumiyyətlə ağız gigiyenasının təmin olunması üstün cəhətlərindəndir;
  • Tam zirkon qapaqların aşınma (sürtünmə) əmsalı təbii diş minasıyla eynidir – bu göstəriciyə görə tam zirkon qapaqlar stomatologiyada istifadə olunan bütün materiallardan daha yaxşıdır və arxa dişlərin bərpası üçün ideal sayılır;
  • Galvanizm effektinin olmaması
  • Aşağı istilik keçiriciliyi – termal genişlənmə əmsalı dentin və minaya oxşardır və beləcə mexaniki stresslərin yaranmasının qarşısı alınır;
  • Periodontun qorunması – restavrasiyaların yüksək dəqiqliklə düzəldilmə imkanı marginal uyğunluğu təmin edir və beləcə periodontal toxumaların tam fizioloji sağlamlığını qoruyur;
  • İkincili kariyesin yaranması əngəllənir – restavrasiyaların yüksək dəqiqliklə düzəldilmə imkanı, marginal uyğunluğu (20-30 µ) təmin edir və beləcə dəstək dişlərdə kariyesin yaranmasına şərait yaranmır. Ayrıca adheziv sementasiya hər hansı bir infiltrasiyaya imkan vermir və yenə də kariyesin yaranması mümkün olmur

Nümunələr:

Təqdim olunan diş müalicəsi nümunələrinin hamısı ancaq dr. Fərid Zeynalov tərəfindən həyata keçirilib.
zirkon dishler farfor
diwler koronka
zirkon sircon zirkonum
ən yaxşı diş
diş qapaq gapag
dishler diw qiymetleri
keramik diw qiymetleri
qiymət dişlər diwler

Sual-cavab

Я могу посоветовать только самое лучшее - безметаловую керамику и пресс-керамику. Качественно и очень красиво. Это наиболее современный и высокоточный вид эстетических стоматологических реставраций.
Əksər hallarda diş cərgələrinin və dişlərin əyriliyini qapaqlarla düzəltmək mümkündür. Amma bəzi hallarda, əyriliyin dərəcəsi çox olduğundan və ya əyriliyi daha asan müalicə ilə düzəltmək mümkün olduğunda, biz ortodontik müalicəni məsləhət görürük. Dişləyiniz sağlam və qüsursuzdursa, problem sadəcə diş cərgələrindədirsə, qapaq etmək yerinə ortodontik müayinədən keçməyiniz daha yaxşı olardı.
Dişlərə qapaq yerləşdiriləndən sonra, təbii ki, bir müddət diskomfort və xoşagəlməz hislər olur. Bu normaldır. Amma bir müddət sonra hər şey stabilləşir və diskomfort hiss olunmur.
Diskomfort 1 həftə ərzində yox olmursa, mütləq stomatoloqunuza müraciət edin. Qapaqları dəstəkləyən dişlərdə və ya qapanışda problem ola bilər.
İlkin vəziyyətdən asılı olaraq zirkon apaqlar 1-3 həftəyə hazırlanır. Amma bəzi hallarda dişlərin və dişətlərinin müalicəyə ehtiyacı ola bilər. Bunun üçün müalicənin tam müddətini dəqiqləşdirmək ancaq müayinə və rentqendən sonra mümkündür.
Əğər zirkoniyum hissə qırılmayıbsa, yani ancaq keramika (farfor) qırılıbsa, bərpası mümkündür. Amma bu bərpa kompozit materialı ilə olduğu üçün estetik problemlər ola bilər. Bunun üçün də biz belə bərpaları müvəqqəti hesab edirik.
Qapaqların gecə qırılması sizdə bruksizm (diş qıcırdadma) olduğunun işarəsidir. Bunu nəzərə alaraq qapaqlar xüsusi dizayn edilməlidir. Yanı patolojık qapanış nəzərə alınaraq süni dişlərə xüsusi forma verilməlidir.
Bruksizmin ağır hallarında isə bu probləm müalicə olunmalıdır və dişlərə taxılan yumşaq xüsusi gecə qoruyucularından (night guard) istifadə olunmalıdır.
Sualınız var?