Lamina Vinir

lamina vinir veneer


Vinir (bunlara "laminat vinir, laminat vener, dental veneer, laminey, lamine, lamina, винир" da deyilir) əsasən ön dişlərin görünən hissəsinə tətbiq olunan və incə lövhəciklər şəklində hazırlanır estetik diş bərpa növüdür. Hazırlanmasında məqsəd dişlərə mümkün olduğu qədər az zərər vermək və maksimal dərəcədə estetik nəticələr əldə etməkdir. Lamina vinirlər dişlərin həm formasında, həm ölçülərində, həm də rəngində əhəmiyyətli deyişmələr etməyə imkan verirlər. Beləcə dişlərə ən az müdaxilə edilərək, istənilən estetik nəticəni əldə etmək mümkün olur.

Klinikamızda vinir bərpaların hazırlanması American Dental Association Continuing Education Recognition Program (ADA CERP) əsasında həyata keçirilir. Bütün estetik müalicə metodikaları California Dental Association xüsusi proqramı və "UCLA/LACC Master Ceramist Program" (University of California, School of Dentistry) tədris proqramına əsaslanır.

Vinir növləri:

  • Kompozit vinirlər - ən sadə və ən ucuz vinir növü olub, əksər hallarda kifayət qədər yaxşı estetik nəticə vermədiyi və uzun müddətli istifadəsi olmadığı üçün, bizim klinikada əsasən müvəqqəti bərpalar kimi istifadə edilir.
  • Prefabrike (əvvəlcədən hazırlanmış) vinirlər - əslində kompozit vinirlərin bir növüdür. Vinirlər daha keyfiyyətli və daha estetik şəkildə müxtəlif rənglərdə və ölçülərdə əvvəlcədən hazırlanılır və həkim tərəfindən pasiyentin dişlərinə tədbiq olunur. Müalicə müddəti qısadır, amma istifadə oluna biləcək hallar məhtuddur.
  • Farfor (feldşpat) vinirlər - yüksək estetik nəticə və minimal incəlikdə estetik bərpalar etməyə imkan yaradır. Ən keyfiyyətli və ən bahalı vinir növüdür. Bu material bəzi hallarda dişlərin heç yonulmadan vinirlər ilə bərpa edilməsinə imkan yaradır.
  • Press-keramika vinirlər - ən çox istifadə olunan və həm kifayət qədər yüksək estetik nəticələr verən, həm də uzun müddətli və möhkəm bərpalar yaradmaqa imkan verən bərpa növüdür. Müxtəlif marka Litium Disilikat (LiSi2) materialından hazırlanan bu növ vinirlər klinikamızda ən çox tələbat olan estetik vinirlərin hazırlanmasında istifadə olunur.
  • Zirkon vinirlər - kifayət qədər möhkəm, amma estetik cəhətdən yaxşı nəticələr verməyən vinir növüdür. Digər vinir növlərinə görə daha qalın olmaları, şəffaf olmamaları və dişlərə yaxşı yapışmadıqları üçün bizim klinikada zirkon vinirlər tədbiq olunmur.

İstifadəyə göstərişlər:

Vinirlər adətən hər hansı kiçik güsuru olan dişlərə və kosmetik məqsədlə istifadə olunurlar.
  • Dişlərin formasını dəyişmək ehtiyacı olduğunda (çat, qırıq, sürtünmə, anormal forma v. sair);
  • Dişlərin rəngini dəyişmək ehtiyacı olduğunda (anadangəlmə və ya sonradan olan rəglənmələr, tatuaj və sair);
  • Diş cərgəsinin formasını dəyişmək ehtiyacı olduğunda (aralı dişlər, qısa dişlər, minimal dərəcədə əyri dişlər və sair).

İstifadəyə əksgöstərişlər:

Deformasiya və ya güsur böyük olduğu hallarda qapaqların (koronkaların) hazırlanması və ya ortodontik müalicə daha yaxşı nəticə verir.
  • Dişlərdə böyük defektlər və ya plomblar varsa;
  • Patolojik qapanış - diş cərgələrində ciddi əyriliklər varsa;
  • Bruksizm (diş qıcama);
  • Bəzi pis vərdişlər (dırnaq yemək, tum çırtlamaq və sair);
  • Ağız gigiyenasının pis olması;
  • Dişətləri problemlərinin (qinqivit, paradantoz) olması;
  • Bəzi mədə-bağırsaq (qastrit, reflü və sair) problemlərinin olması;
  • 5 və ya daha çox arxa dişin olmaması.

Nümunələr:

Təqdim olunan diş müalicəsi nümunələrinin hamısı ancaq dr. Fərid Zeynalov tərəfindən həyata keçirilib.
lamina vinir veneer
vinirler vinirlər dish
veneerlər vinirler
luminir linirlər diş
dishler qiymetleri
vinil dişlər diwler

Sual-cavab

Hər hansı bir stomatolojı bərpanın istifadə müddəti ilk öncə pasiyentin gigiyenasından asılıdır. Ağız boşluğu gigiyenası yaxşı olduğu halda, pasiyent vinirləri diqqətli qoruduğu halda və mütəmadi stomatoloq nəzarətindən keçdiyi halda, vinirlərin istifadə müddəti 10-20 il ola bilər.
Противопоказаниями к использованию виниров являются:
  • наличие на зубе крупных дефектов или пломб
  • патологический прикус (чрезмерно кривой зубной ряд)
  • бруксизм (скрежет зубами)
  • некоторые вредные привычки (грызть ногти, курить трубку, грызть семечки и т.д.)
  • плохая гигиена полости рта
  • наличия проблем с дёснами (пародонтоз, пародонтит или гингивит)
İlkin vəziyyətdən asılı olaraq lamina vinirlər 1-3 həftəyə hazırlanır. Amma bəzi hallarda dişlərin və dişətlərinin müalicəyə ehtiyacı ola bilər. Bunun üçün müalicənin tam müddətini dəqiqləşdirmək ancaq müayinə və rentqendən sonra mümkündür.
Qırılan hissə kiçik ölçüdədirsə və vinirin tutuculuğu ciddi təsir görməyibsə, o zaman bərpası mümkündür. Amma bu bərpa kompozit materialı ilə olduğu üçün estetik problemlər ola bilər. Bunun üçün də biz belə bərpaları müvəqqəti hesab edirik.
Əğər qırılma nəticəsində dişin öz toxumaları ortaya çıxıbsa və ya zədələnibsə, o zaman vinirin bərpa olunması mümkün deyil, yenidən düzəldilməlidir.
Sualınız var?